Başı bəlalı bu sevgi, məni bir hala salıb indi,
Uşaqlaşmışam sanki, yenidən doğulmuşam.
Təki yanımda ol hər an, naz elə ədalı davran,
Deyərəm nazına da qurban , demərəm yorulmuşam.
Bu sevda, ah bu sevda , bu sevdaya düşənlər,
Nə gecəm - gündüzüm var, sənə mən öyrəşəndən.
Özgəni tutmaq yoxdur, geriyə qayıtmaq yoxdur,
Bizdə unutmaq yoxdur, ölümün sevməyi var.
Bir ömür onsuz tənha, yaşaya bilmərəm əsla,
Sevdiyi insanın hətta uğuruna ölməyi var,