Aisel
Aysel Mammadova
Nariman Abbaszadeh
专辑:《Sual Var》
更新时间:2025-03-03 23:58:11
文件格式:mp3
Yenə Sevərəm - Aisel/Aysel Mammadova/Nariman Abbaszadeh
Lyrics by:Aysel Mammadova/Nariman Abbaszadeh
Composed by:Aysel Mammadova/Nariman Abbaszadeh
Produced by:STKHA
Gözlərim hələ də yola baxar
Getdiyin diyarlar mənə yad
Səni külək hara aparsa da
Bir gün yenə mənə qaytarar
Sevgim sonsuz sevgim bir yadigar
Hər an mənimləsən getsən də
Desəm axtarmıram yalan olar
Bu ürəyin bir yarı səndə
Ətrafımda nə sevgin nə sevinc qaldı
Xəyalımda nə cismin nə səsin qaldı
Ürəyimdə nə ümid nə həsrət qaldı
Geri dönsən bir anlıq yenə sevərəm
Ətrafımda nə sevgin nə sevinc qaldı
Xəyalımda nə ismin nə sözün qaldı
Sen getdin ürəyimdə kədərin qaldı
Geri dönsən bir anlıq yenə sevərəm
Başqa həyatda ayrı zamanda
Daha xoşbəxt olardıq bəlkə
Söylə nədən sən yoxsan yanımda
Səni hər an gözləyirəm gəl
Gözlərim hələ də yola baxar
Getdiyin diyarlar mənə yad
Səni külək hara aparsa da
Bir gün yenə mənə qaytarar
Ətrafımda nə sevgin nə sevinc qaldı
Xəyalımda nə cismin nə səsin qaldı
Ürəyimdə nə ümid nə həsrət qaldı
Geri dönsən bir anlıq yenə sevərəm
Ətrafımda nə sevgin nə sevinc qaldı
Xəyalımda nə ismin nə sözün qaldı
Sən getdin ürəyimdə kədərin qaldı
Geri dönsən bir anlıq yenə sevərəm
Yenə sevərəm
Yenə sevərəm
Yenə sevərəm
Yenə sevərəm