Zamiq Hüseynov
Elşad Xose
专辑:《Özü Bilər》
更新时间:2025-03-25 14:22:34
文件格式:flac
Əgər qızın tələbi oyadırsa əsəb
Nəsə bir yol tap, qır, demə səbəbi
O da özü bilər (özü bilər)
Qız özü bilər (özü bilər)
Biri kinlə, biri saf ürəklə əlini sıxar
Biri sənə görə var, biri əlinə baxar
Dost özü bilər
Eh! Özü bilər
Kimə su, kimə zəhər, kimi sınağa çəkər
Nökəri edib ağa, edər ağanı nökər
Həyat özü bilər
Həyat özü bilər
Kiminin əli çox uzun, kimin əlində qalar
Kimə varı bol edər, kimin əlindən alar
Həyat özü bilər
Onun özü bilər
İslanmışam mən onsuz da, havanın nə fərqi var?
Bir gün yağar yağışlar, bir gün yağar dolu qar
Hava özü bilər
Onun özü bilər
Bu həyatın hər anını mahnılarına qatar
Yazıb üzə çıxarar, ya da yandırıb atar
Şair özü bilər
Onun özü bilər
(Həyat özü bilər)
Səhər oxunur azan, sonra şəhər oyanır
Kimi yolundan azan, kimi avaralanır
Bir ailədə nişan, bir ailə boşanır
Hər kəsin öz həyatı və özü bilər (öz bilər)
Hərənin öz xaçı, öz Allahı
Öz əqidəsi, öz inamı, özü bilər
Kim kimlə necə, nə cür, harda edir günahı
Əşi... Özü bilər, hamı özü bilər
Kimə su, kimə zəhər, kimi sınağa çəkər
Nökəri edib ağa, edər ağanı nökər
Həyat özü bilər
Həyat özü bilər
Kiminin əli çox uzun, kimin əlində qalar
Kimə varı bol edər, kimin əlindən alar
Həyat özü bilər
Onun özü bilər
Kimə su, kimə zəhər, kimi sınağa çəkər
Nökəri edib ağa, edər ağanı nökər
Həyat özü bilər
Həyat özü bilər
Kiminin əli çox uzun, kimin əlində qalar
Kimə varı bol edər, kimin əlindən alar
Həyat özü bilər
Onun özü bilər